EN

Qusarda avtomobilin kanala aşması nəticəsində xəsarət alan 5 nəfərin vəziyyəti açıqlanıb YENİLƏNİB

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qusar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 5 nəfər (kişi cinsli) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verib.

Yaralılara bədənin müxtəlif nahiyələrinin travması və əziyi diaqnozları təyin olunub.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb.

1992-ci il təvəllüdlü şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir.

***

15:51

Qusar-Şahdağ avtomobil yolunda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosu xəbər verir ki, “Renault” markalı minik avtomobili hərəkətdə olan zaman yoldan çıxaraq su kanalına aşıb.

Qəza zamanı Ağdam rayon sakini 1992-ci il təvəllüdlü E.Əsgərov, Biləsuvar rayon sakini 1996-cı il təvəllüdlü A.Cəfərzadə, Ucar rayon sakini 2004-cü il təvəllüdlü R.Hüseynov, Bərdə rayon sakini 1994-cü il təvəllüdlü N.Məmmədov və Qusar rayon sakini 1994-cü il təvəllüdlü N.Səlimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
151
2
apa.az

2Sources