Bunu Demokrat.az-a açıqlamasında AYNA-nın mətbuat xidmətinin katibi Tural Orucov deyib.
O, bildirib ki, bu iddialar reallığı əks etdirmir və əsassızdır:
"Hazırda Bakı şəhərində taksi fəaliyyəti üçün 35000 aktiv buraxılış kartı istifadədir. Qeyd edək ki, Nazirlər Kabinetinin taksi nəqliyyat vasitələrinin sayına 25000 kvotanın tətbiq edilməsi heç bir aktiv buraxılış kartının ləğv olunmasına səbəb olmayacaq. Buraxılış kartı yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda ləğv oluna bilər. Kvotaya uyğunlaşma “Lisenziyalar və icazələr haqqında” Qanunun müəyyən etdiyi tələblərə uyğun həyata keçiriləcək".
Onun sözlərinə görə, limit sürücülərin yox, nəqliyyat vasitələrinin sayına tətbiq edilir:
"Hazırda taksi daşımalarında sürücüyə kifayət qədər tələbat mövcuddur. Taksi fəaliyyəti göstərən sürücülərin təlimləri və hazırlıq işləri davam etdirilir. Bir nəqliyyat vasitəsi bir neçə sürücü tərəfindən idarə oluna bilər və bu, taksi daşımalarında iş və istirahət rejiminə riayət olunmasına töhfə verir".
O, qeyd edib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən sürücülərin hazırlığının qiymətləndirilməsi məqsədilə keçirilən imtahanlar da davam edir:
"İmtahanda uğurlu nəticə əldə etmiş və şəhadətnamə almış şəxslər taksi fəaliyəti ilə məşğul ola biləcəklər".
Əfsanə Kamal
Demokrat.az
10Sources
-
demokrat.azTaksi kvotası tətbiqi sürücülərin işinə təsir edəcək? AYNA dan AÇIQLAMA ( 22537717)
-
demokrat.azTaksi kvotası tətbiqi sürücülərin işinə təsir edəcək? — AYNA-dan AÇIQLAMA ( 22537684)
-
fed.azTaksilər üçün kvotanın tətbiqi ilə mövcud buraxılış kartları ləğv ediləcək? - AYNA-dan AÇIQLAMA ( 22483144)
-
news24.az10 min taksinin icazəsinin ləğvi məsələsinə - AYNA-dan cavab ( 22472353)
-
onn.azTaksilərlə bağlı daha bir məlumat ( 22479634)
-
nocomment.azAYNA: Kvotanın tətbiqi ilə bağlı mövcud buraxılış kartları ləğv edilməyəcək ( 22477783)
-
turkustan.azMövcud buraxılış kartları ləğv ediləcək? ( 22475305)
-
bakivaxti.azAktiv buraxılış kartları ilə bağlı rəsmi açıqlama ( 22474786)
-
musavat.comTaksilərlə bağlı həmin məsələyə- AYNA-dan cavab ( 22474636)
-
unikal.azAktiv buraxılış kartları ilə bağlı rəsmi açıqlama ( 22474441)