EN

Gələn il Naxçıvana daha az pul ayrılacaq

ain.az, Modern.az portalına istinadən məlumat yayır.

Gələn il Naxçıvan Muxtar Respublikasının büdcəsinə veriləcək dotasiya 74 milyon manat azaldılacaq.

Modern.az xəbər verir ki, bu barədə gələn ilin büdcəsində qeyd edilib.

Büdcə layihəsində muxtar respublikaya ayrılacaq dotasiya (transfertin yuxarı həddi) 211 milyon 628 min manat nəzərdə tutulub.

Bu ilin dövlət büdcəsində isə Naxçıvanın büdcəsinə nəzərdə tutulan dotasiya 285 milyon 713 min manat təşkil edir. Beləliklə, dotasiya məbləği 74 milyon 85 min manat və ya təxminən 26 faiz azaldılması planlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
34
8
modern.az

9Sources