EN

Bakıda keçirilən Millətlər Liqasında Ukrayna liderliyə yüksəldi

Bakıda amputant futbolu üzrə Millətlər Liqasının C qrupunda növbəti oyunlar baş tutub.

90deqiqe.Az-ın məlumatına görə, günün nəticələrinə əsasən, Ukrayna millisi qrupda liderliyə yüksəlib.

Ukrayna yığması əvvəlcə Niderlandı 2:1, daha sonra Belçikanı 4:0 hesabı ilə məğlub edib. Niderland millisi isə İsraillə qolsuz bərabərə qalıb – 0:0. Günün əvvəlində keçirilən Azərbaycan – İsrail qarşılaşması da qolsuz heç-heçə ilə yekunlaşıb.

Bu nəticələrdən sonra Ukrayna 6 xalla turnir cədvəlinə başçılıq edir. İsrail 5 xalla ikinci, Niderland və Azərbaycan 4 xalla müvafiq olaraq üçüncü və dördüncü pillələrdə qərarlaşıblar. Hələ xal qazana bilməyən Belçika isə sonuncu – 5-ci yerdədir.

Bombardirlər siyahısında Azərbaycanın futbolçusu Fərhad Əyyubov, Niderlanddan Rikardo Yas və Leroy Pelzer, eləcə də Ukrayna yığmasından Dmitri Şkexelski 2 qolla fərqləniblər.

Qeyd edək ki, Millətlər Liqasının oyunları “Bayıl Arena”da keçirilir. Qrupun son qarşılaşmaları və mükafatlandırma mərasimi oktyabrın 19-da baş tutacaq.

Chosen
26
90deqiqe.az

1Sources