Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Rusiyanın bütün Ukraynanı ələ keçirməsi üçün 103 il lazımdır”.Bizim.Media xəbər verir ki, bu barədə “The Economist” yazıb.Qeyd edilib ki, Rusiyanın Ukraynada həyata keçirdiyi yay hücum kampaniyası tam uğursuzluqla nəticələnib. Nəşrin məlumatına görə, Rusiya ordusunun itkiləri 100 min hərbçiyə qədər çatıb, əldə olunan ərazi qazancı isə minimum səviyyədə olub.Jurnal qeyd edir ki, itkilərin nisbəti Kiyev və Moskva arasında getdikcə daha da pisləşir: “Mövcud vəziyyət dəyişməz qaldığı halda, Rusiyaya bütün Ukraynanı ələ keçirmək üçün 103 il lazım olacaq”.Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.