EN

Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti "X" hesabında paylaşım edib.

"Can dostumuz, qardaşımız, göz bəbəyimiz olan Azərbaycanı 18 oktyabr Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. Bu qürurlu gündə mən hörmətli qardaşım İlham Əliyevi və bütün Azərbaycan xalqını sevgi ilə salamlayıram", - deyə paylaşımda bildirilib.

Chosen
40
25
day.az

10Sources