EN

Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunda növbəti oyunlar keçirilib

Bakıda təşkil olunan amputant futbolu üzrə Millətlər Liqasının C qrupunda növbəti oyunlar keçirilib.

Apasport.az xəbər verir ki, Ukrayna millisi Niderland (2:1) və Belçika (4:0) komandalarını üstələyib.

Niderland millisi həmçinin İsraillə heç-heçə edib - 0:0.

Bu gün baş tutan görüşdə Azərbaycan - İsrail görüşü də qolsuz bərabərliklə yekunlaşımışdı.

Bu nəticələrdən sonra Ukrayna millisi 6 xalla qrup lideridir. İsrail (5 xal) ikinci, Niderland (4 xal) üçüncü, Azərbaycan (4 xal) 4-cü pillədə qərarlaşıb. Xalı olmayan Belçika millisi isə sonuncu - 5-ci yerdədir.

Bombardirlər siyahısında isə Fərhad Əyyubov (Azərbaycan), Rikardo Yas, Leroy Pelzer (hər ikisi Niderland) və Dmitri Şkexelski (Ukrayna) yer alıb. Hər futbolçunun hesabında 2 qol var.

Qeyd edək ki, turnirin oyunları "Bayıl Arena"da təşkil olunur. Qrupun son matçları və mükafatlandırma mərasimi oktyabrın 19-da keçiriləcək.

Abubakarın Bakıya gələcəyi vaxt bəlli olub

Jorj Kaşkilya: “Rəqiblərimiz çox güclüdür”

Kaxaber Tsxadadze: “Belə meydançada futbol oynamaq olmaz”

Millimizin AÇ-nin seçmə mərhələsi üçün heyəti açıqlanıb

“Qəbələ” “İmişli” səfərindən bir xalla qayıdır - YENİLƏNİB

Chosen
16
1
apasport.az

2Sources