EN

Çempionluq uğrunda yarışan Norris və Piastrinin bolidləri toqquşub

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

“McLaren” pilotları Lando Norris və Oskar Piastri ilk dövrədə qəzadan sonra ABŞ Qran-prisinin sprint yarışını tərk ediblər.

İdman.Biz-in məlumatına görə, komanda yoldaşları ilk döngədə liderlik uğrunda mübarizə apararkən Piastri “Kick Sauber” komandasının sürücüsü Niko Hülkenberqlə toqquşub, daha sonra Norrisə çırpılıb. Hər iki “McLaren” avtomobili əhəmiyyətli dərəcədə zədələnib və sıradan çıxıb.

Piastri 336 xalla çempionat cədvəlinə başçılıq edir, Norris isə 314 xalla ikincidir.

Ostin sprintində hazırkı dünya çempionu Maks Ferstappen qalib gəlib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
38
1
icma.az

2Sources