Səudiyyə Ərəbistanı Pro-Liqasının V turunda “Əl-Nəsr” öz meydanında “Əl-Fateh”i qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, oyuna “Əl-Avval Park” stadionunda (Ər-Riyad) start verilib və meydan sahibləri 5:1 hesablı qələbə qazanıblar.
Matçın 13-cü dəqiqəsində meydan sahiblərinin hücumçusu Joau Feliks komandasını hesabda önə çıxarıb. İkinci hissədə, 55-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Sofian Bendebka hesabı bərabərləşdirib. 60-cı dəqiqədə isə Kriştianu Ronaldo “Əl-Nəsr”i yenidən önə keçirib. 68-ci dəqiqədə Joau Feliks ikinci qolunu vuraraq dubla imza atıb. 75-ci dəqiqədə “Əl-Nəsr”in hücumçusu Kingsli Koman hesabı daha da böyüdüb, 79-cu dəqiqədə isə Feliks het-trik edib.
Beş turun sonunda “Əl-Fateh” yalnız 1 xalla 16-cı pillədədir. 15 xala malik “Əl-Nəsr” isə çempionatda liderliyi qoruyur.