Ötən gecə ABŞ Qran-Prisində sprint sıralama turu keçirilib. 

Offsideplus.az xəbər verir ki, sıralama turunun ən sürətlisi "Red Bull" pilotu Maks Verstappen olub. Onu müvafiq olaraq ikinci və üçüncü yerləri tutan "Maklaren" pilotları Lando Norris və Oskar Piastri izləyir. "Sauber" komandasından Niko Hülkenberq sürpriz nəticə göstərərək 4-cü olub. 

Qeyd edək ki, bu gün saat 21:00-da sprint yarışı, 18 oktyabr saat 01:00-da sıralama turu, 23:00-da isə əsas yarış baş tutacaq.