EN

Ukrayna dronları Rusiyanın iki iri neft-qaz zavoduna hücum edib

BAKI, 19 oktyabr. TELEQRAF

Bu gecə Ukrayna dronları Rusiyanın iki mühüm sənaye obyektinə (Orenburqdakı qazemalı zavoda və Samara vilayətinin Novokuybışevsk şəhərində yerləşən neft emalı zavoduna) zərbə endirib.

Teleqraf Ukrayna KİV-ə istinadən xəbər verir ki, Orenburq zavoduna hücumdan sonra müəssisədə güclü yanğın baş verib.

Vilayətin qubernatoru Yevgeni Solnsev bildirib ki, zərbə nəticəsində zavodun bir hissəsi zədələnib və istehsalat sexlərindən birində alovlanma olub.

“SHOT” teleqram kanalı yazır ki, sakinlər 5-7 partlayış səsi eşidib, qalın tüstü müşahidə olunub. Hadisə zamanı Orenburq aeroportu uçuşları müvəqqəti dayandırıb.

Orenburq qazemalı zavodu dünyanın ən iri qaz-kimya komplekslərindən biridir və ildə 37,5 milyard kubmetr qaz emal edir.

Hücumların digər hədəfi Samara vilayətinin Novokuybışevsk şəhərində yerləşən neft emalı zavodu olub. Videolarda partlayış səsləri və böyük tüstü buludu qeydə alınıb. Zavod “Rosneft” şirkət qrupuna daxildir və Volqa bölgəsinin ən iri neft emalı müəssisələrindən biri sayılır.

Chosen
95
8
teleqraf.com

10Sources