EN

Papanın motosikleti hərracda satıldı - FOTOLAR

Papa XIV Leo-nun motosikleti Münhendə keçirilən hərracda 156 min avroya satılıb.

“Cebheinfo.az” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “RM Sotheby's” məlumat yayıb.

Hərrac evinin saytında qeyd olunur ki, XIV Leo onu bu ilin sentyabrın 3-də xristian motosiklet qrupundan hədiyyə olaraq alıb. Pontifik motosikletin yanacaq çəninə imza atdı.

“Gəlir Madaqaskardakı uşaqlara kömək etmək məqsədi daşıyan Papanın rəhbərlik etdiyi “Missio Austria” xeyriyyə təşkilatına bağışlanacaq”, - “RM Sotheby's” əlavə edib.

“Cebheinfo.az”

Chosen
28
2
cebheinfo.az

3Sources