EN

Monteneqroda U-15 Boks üzrə Avropa çempionatına start verilib

Bakı. Trend:

Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatıbaşlayıb.

Trend xəbər verirki, yarışın ilk günündə Azərbaycan millisinin üç idmançısı qələbəqazanıb.

Elcan Musazadə (50 kq) 1/16 finalda Litva təmsilçisi DevidasSisikini 5:0 (30:24, 30:26, 30:26, 30:25, 30:26) hesabı ilə məğlubedib. Musazadə növbəti döyüşdə Gürcüstan idmançısı VladimirXvistani ilə qarşılaşacaq.

Nəsrin Abdullazadə (40 kq) 1/8 finalda Macarıstan təmsilçisiEster Moloşanı 3:2 (29:28, 29:28, 30:27, 28:29, 28:29) hesabı iləməğlub edib. Abdullazadə 1/4 finalda Türkiyə boksçusu EsilaYıldırımla üz-üzə gələcək.

Leyla Mahmudlu (50 kq) 1/8 finalda İtaliya təmsilçisi AleksandraSinaqraya 3:1 (29:27, 29:27, 29:27, 27:29, 28:28) hesabı ilə qalibgəlib. O, ikinci görüşünü İspaniya boksçusu Adriana Munos Qinesəqarşı keçirəcək.

Qeyd edək ki, 32 ölkədən 369 idmançının qatıldığı Avropaçempionatı oktyabrın 25-də yekunlaşacaq.

Chosen
89
9
az.trend.az

10Sources