“Mançester Yunayted” “Bavariya”nın ingiltərəli hücumçusu Harri Keynin transferində israrlıdır.
İdmanxeber.az xəbər verir ki, Mançester təmsilçisinin rəhbərliyi 32 yaşlı forvardı yenidən İngiltərəyə gətirmək niyyətindədir.
Təcrübəli oyunçunun transfer dəyəri 75 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Harri Keyn cari mövsümdə meydana çıxdığı 15 oyunda 21 qol vurub və 4 assistlə yadda qalıb.