EN

Qəzza zolağının cənubunda HƏMAS və İsrail arasında atışma başlayıb

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

HƏMAS hərəkatının silahlıları Qəzza zolağının cənubundakı Rəfah şəhərində İsrail qüvvələrinə hücum ediblər.

Oxu.Az bu barədə "The Times of Israel" nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, İsrail Müdafiə Ordusu (SAXAL) buna cavab olaraq bölgəyə hava zərbələri endirib. SAXAL hələlik rəsmi açıqlama yaymayıb.

Qeyd edilir ki, HƏMAS üzvləri Rəfah bölgəsindəki tuneldən çıxaraq İsrail əsgərlərinə atəş açıblar.

Hadisə nəticəsində xəsarət alanların olmadığı vurğulanır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
oxu.az

1Sources