Bakı. Trend:
İngiltərə Premyer Liqası təmsilçisi “Nottingem Forest” başməşqçisi Angelos Postekoqlu ilə əməkdaşlığı dayandırıb.
Trend xəbər verirki, klubun rəsmi açıqlamasında bu qərarın ardıcıl uğursuz nəticələrsəbəbindən qəbul edildiyi bildirilib.
Komanda 8-ci turda evdə “Çelsi”yə 0:3 hesabı ilə məğlub olduqdandərhal sonra rəhbərlik Postekoqlu ilə müqaviləyə xitam verib. Bunəticə ilə “Nottingem Forest” bütün turnirlər üzrə qələbəsizoyunlar seriyasını 10 matça çatdırıb və hazırda turnir cədvəlinin17-ci pilləsində, 5 xalla qərarlaşıb.
Qeyd edək ki, yunan əsilli avstraliyalı mütəxəssis cəmi bir ayöncə – sentyabrın 8-də klubun baş məşqçisi təyin olunmuşdu. 60yaşlı Postekoqlu ötən mövsüm “Tottenhem”in baş məşqçisi kimi AvropaLiqasının qalibi olmuşdu.
 
                        