BAKI, 19 oktyabr. TELEQRAF
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının futbolçusu Kriştianu Ronaldu yeni rekorda imza atıb.
Teleqraf xəbər verir ki, portuqaliyalı hücumçu klub səviyyəsində vurduğu qollarının sayını 800-ə çatdırıb.
O, bu saya çatan ilk futbolçu kimi tarixə keçib.
Portuqaliyalı oyunçu buna Səudiyyə Ərəbistanı çempionatının V turunda evdə "Əl-Fateh"i 5:1 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənməklə nail olub.
“Qızıl top” mükafatının beşqat sahibi İspaniya “Real Madrid”ində 450, İngiltərə “Mançester Yunayted”ində 145, İtaliya “Yuventus”unda 101, “Əl-Nəsr”da 99, Portuqaliya “Sportinq”ində isə 5 qol vurub.
Ronaldu karyerası ərzində ümumilikdə 949 qol müəllifi olub.
Qeyd edək ki, Kriştianu Ronaldunun “Əl-Nəsr”la müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.