EN

Millimiz Niderlandı minimal hesabla yendi

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

Azərbaycanın amputant futbolçulardan ibarət yığması Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunda növbəti matçını keçirib. Sport24.az xəbər verir ki, millimiz  Niderlandla qarşılaşıb. 

"Bayıl Arena" stadionunda baş tutan görüş yığmamızın 1:0 hesablı qələbəsi ilə bitib.

Yeganə qolu 50-ci dəqiqədə Sənan Hacıyev rəqib komandanın qapısından keçirib.

Qeyd edək ki, milli daha əvvəl Belçikanı 3:0 hesabı ilə məğlub edib, İsraillə qolsuz heç-heçəyə razılaşıb. Komanda növbəti matçını bu gün Ukrayna millisinə qarşı keçirəcək. Qarşılaşma saat 17:00-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
3
sport24.az

2Sources