EN

Axar.az xəbər saytı 12 yaşını qeyd edir

BAKI, 19 oktyabr. TELEQRAF

Axar.az xəbər saytı 12 yaşını qeyd edir.

Teleqraf xəbər verir ki, sayt 2013-cü ilin 19 oktyabrında oxucularla ilk dəfə görüşüb və o vaxtdan bəri Azərbaycanda, regionda və dünyada baş verən aktual hadisələri işıqlandırır.

Axar.az Azərbaycan, ingilis, rus və fars dillərində dörd versiyada fəaliyyət göstərir. Həmçinin, sayt ərəb əlifbası ilə Azərbaycan dilində yayımlanan yeganə yerli media orqanıdır.

Qeyd edək ki, Axar.az "Teleqraf" Media Qrupunun tərkibində fəaliyyət göstərir. Holdinqin rəhbəri Aynur Camalqızı, saytın baş redaktoru isə Anar Niftəliyevdir.

Chosen
58
6
teleqraf.com

9Sources