EN

İran raketlərinin modernləşdirildiyini açıqladı

İran İslam İnqilabı Keşikçiləri Korpusu ölkənin raket proqramı çərçivəsində iki mühüm raket sisteminin yenilənməsini elan edib.

BAKU.WS "Mehr" agentliyinə istinadən xəbər verir ki, yeraltı raket bazasında "Emad" və "Qədr" tipli raketlərin modernləşdirilmiş versiyaları ictimaiyyətə təqdim olunub.

Bildirilir ki, yenilənmiş "Qədr" ballistik raketləri radioelektron mübarizə sistemləri ilə təchiz edilib, bu da onların müdafiə qabiliyyətini və hədəfə dəqiqliyini artırır.

Chosen
97
44
far.az

10Sources