EN

Ben Qvir: Qəzzada döyüşlər dərhal bərpa olunmalıdır

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İsrailin milli təhlükəsizlik naziri Tamar Ben-Qvir Qəzza zolağında hərbi əməliyyatların dərhal bərpa olunması çağırışı ilə çıxış edib.

Teleqraf xəbər verir ki, nazir bu bəyanatı 19 oktyabrda İsrailin dövlət televiziyası “Kan”ın Qəzzənin cənubuna hava zərbəsi endirildiyi barədə məlumatından sonra verib.

Ben-Qvir “X” sosial platformasında yazıb: “Baş nazir Benyamin Netanyahuya çağırış edirəm ki, Qəzzadəki döyüşlər tam gücü ilə yenidən başlasın. HƏMAS-ın dəyişəcəyinə və atəşkəs razılaşmasına əməl edəcəyinə inanmaq təhlükəli yanılmadır”.

Nazirin sözlərinə görə, bu cür gözləntilər İsrailin təhlükəsizliyi üçün ciddi risk yaradır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
57
1
sherg.az

2Sources