EN

Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi

Xəbər verdiyimiz kimi, Prezident Aministrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bütün ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

XəzərNews.az Musavat.com-a istinadən xəbər verir ki, istintaq çərçivəsində artıq təkcə Ramiz Mehdiyev deyil, onun ailə üzvlərindən Qalina Mehdiyeva da dindirilib.

Məlumata görə, Qalina Mehdiyevanın ifadəsi xüsusilə Ramiz Mehdiyevin yaxın ətrafı və maliyyə əməliyyatlarına aydınlıq gətirə bilər.

Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.


Xəbər 2 dəfə oxunub.
Chosen
46
37
xezernews.az

10Sources