EN

Keçmiş nazirə “stop” qoyuldu -İDDİA

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun ölkədən çıxışına “stop” qoyuldu.

XəzərNews.azxəbər verir ki, bu barədə etibarlı mənbələrdən məlumat daxil olub.

Qeyd edək ki, hələ 2016–2017-ci illərdə Ziya Məmmədovun xaricə çıxışına qadağa qoyulması barədə iddialar yayılmışdı.

Yeri gəlmişkən, 2017–2018-də onun oğlu Anar Məmmədovun Bakıdakı daşınmaz əmlaklarına həbs qoyulması barədə rəsmi məhkəmə xəbərləri var.

Xatırladaq ki, eks-nazirin adı Ramiz Mehdiyev qalmaqalında hallanır. Ayrı-ayrı mənbələrin təsdiqlədiyi ehtimallara görə, Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşı Elton Məmmədov vasitəsilə əlaqə yaradırmış.

Digər mənbələr isə bildirir ki, onun yanına gizli tuneldən gedib-gələn eks vəzifəli şəxslər artıq xüsusi xidmət orqanlarının diqqətini çəkib.

Görünən odur ki, dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin adamlarının tam ifşasına önümüzdəki həftələrdə şahid olacağıq.//Konkret.az



Xəbər 4 dəfə oxunub.
Chosen
61
15
xezernews.az

10Sources