Ajans.az xəbər verir ki, bu barədə “Cadena SER” nəşri məlumat yayıb. Yeni qaydalara görə, oyunçu yalnız tam şəkildə müdafiəçidən aralı olarsa, ofsayd hesab ediləcək. Dəyişikliklə bağlı yekun qərarın 2026-cı ilin martında FİFA Konqresində veriləcəyi gözlənilir.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.