EN

Azərbaycanlı güləşçilər Dünya seriyasının final mərhələsində yarımfinala yüksəliblər

Bakı. Trend:

Misirin İsgəndəriyyə şəhərində çimərlik güləşi üzrə Dünyaseriyasının final mərhələsi davam edir.

Trend xəbər verirki, Azərbaycan millisinin üç idmançısı turnirin yarımfinalınavəsiqə qazanıb.

Vüsal Əliyev və Sahib Dadaşov (hər ikisi – 80 kq) yarımfinaldabir-biriləri ilə qarşılaşacaqlar ki, bu da komandamıza ən azı birfinalçı yerini təmin edir.

Digər təmsilçimiz İbrahim Yusubov (90 kq) isə ABŞ idmançısınaqarşı yarımfinal görüşünə çıxacaq.

Qeyd edək ki, mərhələnin sonunda bütün çəki dərəcələri üzrədünya çempionları müəyyənləşəcək.

Chosen
70
4
az.trend.az

5Sources