BAKI, 19 oktyabr. TELEQRAF
Azərbaycanda keçirilən amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun oyunlarına yekun vurulub.
Teleqraf xəbər verir ki, Bayıl arenada təşkil olunan turnirin son matçında Azərbaycanla Ukrayna yığmaları üz-üzə gəliblər.
Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da Azərbaycan millisi 7 xalla qrup üçüncüsü olub. 9 xala malik Ukrayna birinci pilləni tutaraq B qrupuna yüksəlib. İsrail 8 xalla ikinci, Niderland isə 4 xalla dördüncü pilləni tutub.
Xalsız olan Belçika seçməsi sonuncu olaraq D qrupuna yuvarlanıb.