EN

"Fənərbağça"da qəribə hadisə - Futbolçular dietoloqdan köftə və dönər istəyiblər

“Fənərbağça” klubunda maraqlı hadisə yaşanıb.

Fanat.Az xəbər verir ki, baş məşqçi Domeniko Tedeskonun komanda üçün hazırladığı qidalanma planına bəzi futbolçular əməl etməyiblər.

Jurnalist Serdar Ali Çeliklerin məlumatına görə, İrfan Can Kahveci və Cenk Tosun da daxil olmaqla bir neçə oyunçu klubun dietoloqundan özlərinə köftə və dönər hazırlamasını istəyiblər.

Baş məşqçinin göstərişlərinə zidd hərəkət edən futbolçuların bu davranışı rəhbərliyin diqqətindən yayınmayıb. Hadisədən sonra klub dietoloqu ilə yolların ayrıldığı bildirilib.

Kamil Xudiyev

Chosen
95
1
fanat.az

2Sources