EN

Azərbaycanın amputant millisinin kapitanı: Ukrayna ilə oyunda qalib gəlmək üçün çox çalışmışdıq

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 oktyabr, AZƏRTAC

İki oyunçumuz olmadığı üçün çətinlik çəkdik. Rəqibimiz də olduqca güclü idi. Amma çox çalışmışdıq. İstəməzdik ki, məğlub olaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın amputant millisinin kapitanı Qurban Əliyev Bakıda keçirilən Millətlər Liqasının C qrupunda Ukraynaya 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.

O, bundan sonra irəliyə baxacaqlarını deyib: “Növbəti qələbələrimizi əldə etmək üçün səy göstərəcəyik. Fiziki və taktiki cəhətdən hər bir komandadan üstün idik. Sadəcə İsraillə bərabərlik bizi geriyə saldı. Ona görə də məğlubiyyət qaçınılmaz oldu”.

Qeyd edək ki, millimiz daha əvvəl Belçikaya 3, Niderlanda 1 cavabsız qolla qalib gəlib, İsraillə qolsuz heç-heçə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
32
1
azertag.az

2Sources