EN

Yurgen Klopp Almaniya Futbol Liqasının ekspertlər komitəsinə daxil olub

Bakı. Trend:

"Borussiya Dortmund" və "Liverpul" klublarının keçmiş başməşqçisi Yurgen Klopp Almaniya Futbol Liqasının (DFL) yeniekspertlər komitəsinin tərkibinə seçilib.

Trend xəbər verirki, bu barədə məlumatı "The Sun" nəşri yayıb.

Komitənin əsas vəzifəsi alman futbolunun inkişafı, böyüməsi vəümumi rəqabət qabiliyyətinin artırılması üçün səylərin həyatakeçirilməsi olacaq.

Elit qrupa Kloppdan başqa, "Real Madrid"in sabiq futbolçusu SamiXedira və bir neçə Bundesliqa klubunun rəhbərləri də daxildir.

Qeyd olunur ki, bu, Kloppun bu ilin əvvəlində "Liverpul"danayrıldıqdan sonra futbolda ilk rəsmi işidir. O, həmçinin "RedBull"dakı vəzifəsində qalmağa davam edəcək.

Chosen
120
az.trend.az

1Sources