EN

Dibala “Roma”dan ayrılır?

style='margin-bottom:10px;'>

“Roma”nın hücumçusu Paulo Dibala klubunu dəyişə bilər.

QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, “Flamenqo” argentinalı futbolçu üçün iki illik müqavilə təklif etməyə hazırlaşır.

Xəbərdə bildirilib ki, oyunçunun Braziliya klubuna keçmə ehtimalı yüksəkdir.

Qeyd edək ki, bu mövsüm “Roma”nın heyətində 5 matçda iştirak edən Dibala, oyunların heç birində fərqlənməyi bacarmayıb. Onun paytaxt klubu ilə hazırkı müqaviləsinin müddəti isə gələn ilin ortalarına qədərdir.

Chosen
97
1
teleqraf.com

2Sources