EN

Qaxda avtomaşın qəzaya uğradı Qarşısına inək çıxıb FOTO

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Axşam saatlarında Şəki-Qax avtomobil yolunun Qax rayonundan keçən hissəsində "Mitsubushi Pajero"markalı avtomaşın qəzaya uğrayıb.Bizim.Media xəbər verir ki, qəzaya səbəb avtomaşının qarşısına qəfil inək çıxması olub.Toqquşma nəticəsində heyvan tələf olub, Vəfadar Abdullayevin idarə etdiyi "Mitsubishi Pajero" markalı avtomaşına isə xeyli ziyan dəyib.

 

Hadisə yerinə polis əməkdaşları gəlib. Hazırda polis magistral yola heyvan buraxan mal sahibini axtarır.

Qəza nəticəsində avtomaşındakı sərnişin yüngül xəsarət alıb.Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
127
bizim.media

1Sources