EN

Sərnişinlər 62 nömrəli avtobusu saatlarla gözləyirlər - ŞİKAYƏTVİDEO

Uzun müddət dayanacaqda dayanıb avtobusun gəlməyini gözləyirlər... Eyni vəziyyət həm həftəiçi, həm də həftəsonu yaşanır...

Xezerxeber.az xəbər verir ki, paytaxtın Xətai rayonunun Nəsirəddin Tusi küçəsini Sabunçu Dəmiryol Stansiyası ilə əlaqələndirən 62 nömrəli müntəzəm marşrut xəttinin sərnişinləri deyirlər ki, bəzən dayanacaqda 40 dəqiqədən çox gözləməli olurlar.

Sərnişinlər intervalın azaldılmasını və ya avtobusların sayının artırılmasını istəyirlər.

Problemlə bağlı daşıyıcı şirkət "Baku Bus" MMC ilə əlaqə saxladıq. Bildirildi ki, xətt üzrə ümumilikdə 22 avtobus hərəkət edir və avtobuslar əslində 6 dəqiqəlik intervalla fəaliyyət göstərir. Pik saatlarda nəqliyyat sıxlığı səbəbindən gecikmələr müşahidə olunur. Yəni, sözügedən gecikmələr "BakuBus" MMC-nin fəaliyyətindən asılı deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
36
xezerxeber.az

1Sources