EN

Bakıda amputant futbolu üzrə Millətlər Liqasında C qrupunun oyunlarına yekun vurulub

Bakıda keçirilən amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun oyunlarına yekun vurulub.

Day.Az xəbər verir ki, bağlanış matçında Azərbaycan və Ukrayna komandaları üz-üzə gəlib. **"ASCO Arena"**da təşkil olunan qarşılaşma Ukraynanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz turnir ərzində Belçikaya 3:0, Niderlanda 1:0 hesabı ilə qalib gəlib və İsraillə golsuz heç-heçə edib.

Qeyd olunur ki, turnirin Azərbaycanda keçirilməsi ölkəmizdə mina probleminin dünyaya çatdırılması və minadan zərərçəkənlərin beynəlxalq idman platformalarında bir araya gəlməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Chosen
4
1
day.az

2Sources