EN

Sərnişinlərdən 62 nömrəli marşrut barədə ŞİKAYƏT BakuBus dan AÇIQLAMA

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Paytaxtda avtobus gözləyən sərnişinlər uzun müddət narahatlıq yaşayırlar.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Xətai rayonunda, Nəsirəddin Tusi küçəsini Sabunçu dəmiryol stansiyası ilə birləşdirən 62 nömrəli müntəzəm marşrut xəttində sərnişinlər dayanacaqda uzun müddət gözləmək məcburiyyətində qalırlar.

Sərnişinlərin sözlərinə görə, bəzən avtobus üçün 40 dəqiqədən çox vaxt gözləməli olurlar. Bu problem həm həftəiçi, həm də həftəsonu davam edir. Sərnişinlər avtobus intervalının azaldılmasını və ya marşrut xəttində avtobusların sayının artırılmasını tələb edirlər.

Problemlə bağlı "BakuBus" MMC-dən bildirilib ki, 62 nömrəli xətt üzrə ümumilikdə 22 avtobus fəaliyyət göstərir və nəzərdə tutulmuş interval 6 dəqiqədir. Lakin pik saatlarda yol sıxlığı səbəbindən gecikmələr baş verir və bu gecikmələr "BakuBus" MMC-nin fəaliyyəti ilə əlaqəli deyil.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Sərnişinlərdən 62 nömrəli marşrut barədə ŞİKAYƏT - "BakuBus"dan AÇIQLAMA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
40
oxu.az

1Sources