EN

Abort edirsənsə, kişinin də söz haqqı olmalıdır — Rus kilsəsindən ilginc çağırış

Rusiya Pravoslav Kilsəsi abort məsələsində yalnız qadının qərarının kifayət etmədiyini bəyan edib.

Musavat.com xəbər verir ki, kilsə rəhbərliyi atanın da bu məsələdə hüquqi söz haqqının tanınması üçün qanunvericilik təşəbbüsü irəli sürməyi planlaşdırır.

Ruhanilərin fikrincə, doğulmamış uşağın taleyinə dair qərar hər iki valideynin məsuliyyəti sayılmalıdır və bu, cəmiyyətin mənəvi prinsipləri baxımından zəruridir. Onların sözlərinə görə, ailə institutunun qorunması və demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün bu addım vacib hesab olunur.

Kilsənin təklifi Rusiya ictimaiyyətində geniş müzakirələrə səbəb olub və cinslər arasında hüquqi balans məsələsini yenidən gündəmə gətirib. 

 

Musavat.com

Chosen
48
1
musavat.com

10Sources