EN

Luvr Muzeyində baş vermiş qarətlə bağlı iki əsas versiya irəli sürüldü

Paris Prokurorluğu Luvr Muzeyində baş vermiş qarətlə bağlı iki əsas versiyanı araşdırır.

Publika.az xəbər verir ki, bu barədə Fransanın paytaxt prokuroru Lor Bekko "Le Figaro" qəzetinə açıqlama verib.

“Əvvəlcədən planlaşdırılmış cinayətkar qrupun iki məqsədi ola bilərdi: ya sifarişlə qarət həyata keçiriblər, ya da zinət əşyalarını çirkli pulların yuyulması üçün oğurlayıblar,” – deyə o bildirib.

Bekkonun sözlərinə görə, qarətdə xarici izlərin olması versiyası “prioritet hesab edilmir”.

Chosen
95
14
publika.az

10Sources