EN

Hacıqabulda 83 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirdi

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Hacıqabul rayonunda bədbəxt hadisə baş verib.

Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə oktyabrın 17-də Hacıqabul şəhərinin Nəsirəddin Tusi küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Məlumata görə, mənzilin ikinci mərtəbəsindən yıxılan 1942-ci il təvəllüdlü Əlfağa Hətəm oğlu Quliyev ağır kəllə-beyin travması alıb. O, dərhal Şirvan Şəhər Xəstəxanasına aparılıb.

Lakin həkimlərin səyinə baxmayaraq, 83 yaşlı kişi oktyabrn 19-u saat 23 radələrində xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
104
1
oxu.az

2Sources