EN

Yeniyetmə kompüter arxasında dünyasını dəyişdi

Leninqrad vilayətinin Lomonosov şəhərində yeniyetmə müəmmalı səbəblərdən ölüb.

Publika.az xəbər verir ki, bu barədə "78ru" məlumat yayıb.

Bildirilib ki, yaşadığı otaqda ölü tapılan 16 yaşlı məktəblinin ögey atası polisə müraciət edib. Oğlan öz kompüterinin arxasında oturubmuş.

Uşağın ölüm səbəbi hələ müəyyən edilməyib. Meyit araşdırma üçün morqa göndərilib.

Qeyd edilib ki, o, anası, ögey atası və kiçik qardaşı ilə birlikdə yaşayıb.

Chosen
37
publika.az

1Sources