EN

Solomon adalarında 5,3 bal gücündə zəlzələ baş verib



Avstraliya Geoloji Xidmətinin məlumatına görə, Solomon adalarının bir hissəsi olan San-Kristobal adasının cənub-qərbində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Onun sözlərinə görə, zəlzələnin episentri 10 mindən çox insanın yaşadığı adanın cənub-qərb sahillərindən 1,5 km aralıda olub. Zəlzələnin ocağı 112 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi bildirilməyib.
Chosen
66
1
newscenter.az

2Sources