EN

Ankara Putin-Tramp görüşündən nə gözləyir?

Türkiyə rəsmiləri ümid edirlər ki, Rusiya və ABŞ prezidentlərinin Budapeştdə keçirilməsi planlaşdırılan görüşü Ukrayna münaqişəsinin həllində irəliləyişə səbəb olacaq.

Publika.az xəbər verir ki, bu barədə "RIA Novosti"yə Türkiyədəki diplomatik mənbə məlumat verib.

“Bizim gözləntilərimizə gəlincə, ilk növbədə bölgəmiz üçün hiss olunan nəticələri olan münaqişənin həlli istiqamətində real addımların atılmasına ümid edirik,” – deyə agentliyin mənbəsi bildirib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi açıqlamışdı ki, Rusiya diplomatları prezidentlərin görüşünə hazırlıq məqsədilə “çox dərin və həqiqətən ciddi” iş aparırlar.

Chosen
96
publika.az

1Sources