EN

O, basketbol tarixində ən çox maaş alan oyunçudur

Yazını böyüt
Yazını kiçilt

ABŞ millisinin üzvü, dördqat olimpiya çempionu Kevin Dürant Milli Basketbol Assosiasiyasının (NBA) "Hyuston Rokets" komandası ilə yeni müqavilə imzalayıb.

Hafta.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Bildirilir ki, yeni müqavilə iki illik nəzərdə tutulub və 2027-28 mövsümünə qədər uzadılması mümkündür. Dürant yeni müqavilə ilə 2 ilə ümumilikdə 90 milyon dollar məvacib alacaq.

Qeyd edək ki, basketbolçu karyerası ərzində 598.2 milyon dollarlıq qazancı ilə həmkarları arasında liderdir. O, dördqat NBA çempionu, "Los Anceles Leykers"dən olan LeBron Ceymsi (583.9 milyon dollar) ötüb.

Chosen
54
1
hafta.az

2Sources