EN

Vəfat edən şəxsin krediti hansı halda silinə bilər? - VİDEO

Krediti olan bir şəxs vəfat etdikdə, bəzi hallarda onun borcu silinir, bəzi hallarda isə silinmir.

Bəs bu məsələ hansı prinsiplərlə tənzimlənir? Borcu olan bir şəxs vəfat etdikdə, onun krediti tam şəkildə bağlanmalıdırmı?

Day.Az Xəzər TV-yə istinadən xəbər verir ki, iqtisadçı ekspert Əkrəm Həsənov bildirir ki, əgər vəfat edən şəxsin nə əmlakı, nə də vərəsələri varsa, bu halda onun kredit borcunu ödəmək mümkün olmur.

İpoteka kreditlərinə gəldikdə isə vəziyyət bir qədər fərqlidir. Əgər kredit götürən şəxsin həyat sığortası mövcuddursa...

Ekspertin fikrincə, yalnız ipoteka kreditləri kimi uzunmüddətli borc öhdəlikləri üçün banklar həyat sığortası tələb edir. Digər kredit növlərində isə bu tələb yoxdur və əlavə maliyyə yükünə görə vətəndaşlar belə sığortaya üstünlük vermirlər.

Ətraflı məlumat üçün videomaterialı təqdim edirik.

Chosen
88
day.az

1Sources