EN

Bölgələrdə heyvan bazarları BAĞLANDI – Ətin qiymət BAHALAŞACAQ? - VİDEO

Dabaq xəstəliyinin yayılması ilə əlaqədar olaraq, bir çox bölgədə heyvan bazarlarının fəaliyyəti dayandırılıb.

Day.Az xəbər verir ki, İsmayıllıda fəaliyyət göstərən fermerlər bildirirlər ki, mal bazarının bağlanması heyvan satışına mənfi təsir göstərib. Onların fikrincə, bazarların tamamilə bağlanmasındansa, nəzarət altında saxlanılması daha məqsədəuyğun qərar olardı.

Qəssablar isə deyirlər ki, bazarın bağlı qalması səbəbilə kəsim üçün heyvan tapmaqda çətinlik çəkirlər. Çox vaxt isə bu heyvanları başqa rayonlardan gətirmək məcburiyyətində qalırlar ki, bu da yol xərclərinin artmasına, nəticə etibarilə isə ət qiymətlərinin yüksəlməsinə səbəb olur.

Qida Təhlükəsizliyi Agentliyi isə açıqlamasında bildirib ki, tətbiq edilən müvəqqəti məhdudiyyətlər mərhələli şəkildə həyata keçirilir və bu, heyvan satışına tam qadağa kimi başa düşülməməlidir. Fermerlər heyvanlarını birbaşa təsərrüfatlardan kəsim müəssisələrinə sata bilərlər.

Eyni zamanda, ölkə üzrə fəaliyyət göstərən heyvan kəsimi məntəqələri əvvəlki qaydada işini davam etdirəcək.

Mövzuyla bağlı daha ətraflı videomaterialı Xezerxeber.az təqdim edir.

Chosen
25
day.az

1Sources