EN

Netanyahu 2026-cı il seçkilərində iştirak edəcəyini açıqladı

İsrailin Baş naziri Binyamin Netanyahu 2026-cı ilin oktyabr ayında keçiriləcək parlament seçkilərində iştirak edəcəyini rəsmi şəkildə açıqlayıb.Vətəninfo.az xəbər verir ki, bu barədə Netanyahu, 18 oktyabr tarixində Channel 14 telekanalına verdiyi müsahibədə bu məlumatı bildirib.

Jurnalistin “2026-cı il seçkilərində namizədliyini irəli sürməyi planlaşdırırsınızmı?” sualına baş nazir “Bəli” cavabını verib. Eyni zamanda, sualın davamında “Qələbə qazanacağınıza əminsinizmi?” sorğusuna Netanyahu qısa və dəqiq “Bəli, mən qalib gələcəyəm” deyə cavab verib.

Binyamin Netanyahu, sağ-mərkəzçi “Likud” partisinin lideri olaraq, artıq 18 ildən çox müddət ərzində Baş nazir vəzifəsini icra edir (1996-cı ildən etibarən fasilələrlə). Bu, İsrail tarixində ən uzun müddət hakimiyyətdə olan baş nazir olma rekordudur.

Son seçkilərdə, 2022-ci ildə, onun rəhbərlik etdiyi sağçı partiyalar yenidən qalib gəlib. “Likud” partiyası 32 yer əldə edib, ultra-ortodoksal partiyalar 18 mandat alıb və “Dini Sionizm” blokunun nümayəndələri isə 14 yer qazanıb. Bu, sağçı qüvvələr üçün rekord nəticə olub.

Hazırkı dönəm Netanyahünün rəhbərliyi altında ciddi daxili böhranlarla müşayiət olunur. Onun məhkəmə islahatlarını həyata keçirmək cəhdi ölkədə ən böyük etirazlara səbəb olub.

Bundan əlavə, Qəzzadan HƏMASın hücumunun ardından başlayan müharibə zamanı baş nazir, İsrail əsirlərinin ailələrindən kəskin tənqidlər alıb. Ailələr hökuməti, əsirlərin azad edilməsi prosesində göstərilən yavaş hərəkətlərə görə tənqid edib.

Chosen
2
veteninfo.az

1Sources