EN

Tarixdə ilk dəfə havada “Formula 1” yarışı keçirilib VİDEO

Idman.biz saytına istinadən ain.az xəbər verir.

ABŞ-nin Texas ştatındakı “UP.Summit” avtrodromunda “Formula-1” analoqu üzrə yaradılmış ilk hava yarışları keçirilib.

İdman.Biz “Mash na sporte” “Telegram” kanalına istinadən verdiyi xəbərə görə, yarışlarda dörd pilot iştirak edib.

Onlar əyri-üyrü hava marşrutunu maksimum 102 km/saat sürətlə uçuş aparatları ilə qət ediblər. Marşrutun uzunluğu 3,2 km, təhlükəsizliyi təmin etmək üçün uçuş hündürlüyü isə 50 metr ilə məhdudlaşdırılıb.

Təşkilatçıların məlumatına görə, 15 mindən çox insan yarışları onlayn izləyib, təxminən 2 min nəfər isə avtodromda iştirak edib. Hazırda müntəzəm yarışların keçirilməsi və ayrıca çempionatın yaradılması imkanı nəzərdən keçirilir.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
41
20
icma.az

10Sources