EN

Kremlin Paşinyana qarşı planının üstü açıldı: Sonun gəldi!

BAKI, 20 oktyabr. TELEQRAF

“Bütün ermənilərin katolikosu II Qareginin bu vəzifədə sonuna az qalıb”.

Teleqraf xəbər verir ki, bu barədə erməni politoloq Styopa Səfəryan bildirib.

“Ktriç Nersisyanın (II Qaregin) insan içinə çıxarılacaq siması qalmayıb. Eçmiədzinin sosil mediadakı hesabında bir neçə yüngül təbəssümlü şəkil paylaşmağa çalışıb, amma bu fotoda onun təlaşının sonsuz miqyası açıq şəkildə görünür. Çox yaxşı anlayır ki, yayımlanan səs yazısı artıq son nöqtədir. Bu, elə bir məqamdır ki, hələ də başqa bir bəhanə ilə uzaqlaşa bilər. Həmin səs yazısı birbaşa maddi sübut və əsas oldu ki, o, son illərdə hökuməti devirməyə yönələn bütün cəhdlərdə şəxsən iştirak edib və bütün bu proseslərdə Kremlin əli olub”, - ekspert deyib.

Səfəryan əlavə edib ki, II Qaregin bu gün də Baş nazir Nikol Paşinyan və komandasını devirmək üçün kölgə arxasında proseslərə dirijorluq edir.

Ekspert katolikosun Kremllə işbirliyini böyük xəyanət adlandırıb: “Etiraf edək ki, onun bu davranışı nə siyasi, nə dini-xristianlıq, nə insani, nə də kişilik baxımından əsaslandırıla bilər. Heç bir ölkədə xalqın mandatı ilə seçilmiş hökumət belə xəyanətkar oyunu bağışlamaz”.

Qeyd edək ki, internetdə 2023-cü ilin oktyabrında arxiyepiskop Natan Ovannisyan və II Qareginin keçmiş köməkçisi Ağan Yernjakyana aid söhbətin səs yazısı yayılıb. Səs yazısından belə anlaşılır ki, II Qaregin bəzi din adamlarını hakimiyyətə qarşı etiraz aksiyalarına qatılmağa məcbur edib, bəzi ruhani şəxslər isə buna qarşı çıxıb. Artıq məsələ ilə əlaqədar cinayət işi açılıb və üç yüksək vəzifəli din adamı həbs olunub.

Səs yazısı Ermənistanda geniş müzakirələrə səbəb olub.

Chosen
62
teleqraf.com

1Sources