EN

“Taxtakörpü” su anbarından meyit tapıldı

Şabranda su hövzəsindən meyit tapılıb.

Bizim.Media xəbər verir ki, hadisə oktyabrın 18-i saat 15 radələrində Şabrandakı “Taxtakörpü” su anbarında qeydə alınıb.

Anbardan üzərində zorakılıq əlamətləri olmayan 30-35 yaşlı kişi meyiti tapılıb. Ölən şəxsin kimliyi məlum deyil, meyitin kimə məxsus olması dəqiqləşdirilir.

Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Chosen
58
9
bizim.media

10Sources