EN

WP: “Fransadakı xaos Aİ-nin müdafiə planlarını pozur”

AzVision.az xəbər verir ki, “The Washington Post (WP)” nəşrinin redaksiya məqaləsində belə deyilir.

“Baş nazirlərin daim bir-birini əvəz etdiyi, sabitlik perspektivlərinin bəlli olmadığı, səlahiyyət müddəti iki ildən sonra bitəcək zəif prezident Makronun ölkəsi ilə (Fransa nəzərdə tutulur –red. ) uzunmüddətli planlar qurmaq çətindir”,- qəzet yazır.

Nəşr vurğulayır ki, Avropa İttifaqının (Aİ) iki ən böyük iqtisadiyyatı olan Almaniya və Fransa bu layihələrin əsas hissəsini maliyyələşdirəcək. Lakin belə bir şəraitdə alman siyasətçiləri bu cür təşəbbüsləri maliyyələşdirməkdən çəkinəcəklər.Çünki“Fransada qüvvələr balansının daim dəyişməsi fonunda irimiqyaslı müdafiə layihələrini həyata keçirmək çətindir”.

FCAS-ın 2040-cı ildən “Eurofighter” qırıcılarını əvəz edəcəyi gözlənilir. Almaniyanın “DPA” agentliyi daha əvvəl FCAS altıncı nəsil qırıcı layihəsinin həyata keçirilməsinin Berlin və Paris arasında dizayn işləri və komponentlərin istehsalı üçün sifarişlərin iki ölkədəki şirkətlər arasında bölüşdürülməsi ilə bağlı ciddi fikir ayrılıqlarını aşkar etdiyini yazmışdı.


MGCS-in 2040-cı ilə qədər hazır olacağı palnlaşdırılır. Bu sistemin Almaniyanın “Leopard 2” əsas döyüş tankını və Fransanın “Leclerc” tankını əvəz edəcəyi gözlənilirr. Bu təşəbbüs hazırda dizayn mərhələsindədir


Xatırladaq ki, Fransa hazırda siyasi böhran yaşayır. Bir ildən az müddət ərzində ölkədə üç hökumət başçısı dəyişib. Oktyabrın 6-da “missiyasının başa çatdığını” açıqlayan baş nazir Sebastyen Lecornyu istefa verdi. Lakin oktyabrın 10-da prezident Emmanuel Makron onu yenidən baş nazir təyin etdi və Lekornyu bununla razılşadı.

Sahil İsgəndərov
AzVision.az

Chosen
57
1
azvision.az

2Sources