EN

Atasının maşınını təmir edərkən öldü Şəmkirdə FACİƏ -

11:25 20.10.2025
11:25 20.10.2025

Şəmkirdə dəhşətli hadisə baş verib.

Mynews.az xəbər verir ki, İsə Əlixan oğlu Qasımov yaşadığı evin həyətində yerləşən çardağın altında atasına məxsus avtomobili təmir edərkən ölüb.

Belə ki, İ.Qasımov maşının ön sol təkərini dəyişən zaman qaldırıcı qəfil sürüşüb. Bu zaman onun başı avtomobilin altında qalıb və aldığı xəsarətlərdən ölüb.

Hadisə ilə bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.


Chosen
40
11
mynews.az

10Sources