EN

Zaqatalada baş verən qəzada yaralananların son vəziyyəti açıqlanıb

ain.az, Azertag saytına istinadən bildirir.

Zaqatala, 20 oktyabr, AZƏRTAC

Zaqatala şəhərində iki avtomobilin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 6 nəfər (4 kişi, 2 qadın) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 5 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Bir nəfər isə daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub. Tibb müəssisəsinin Uşaq neyrocərrahiyyə şöbəsinə yerləşdirilən pasiyentə qapalı kəllə-beyin travması, sol təpə sümüyünün xətti sınığı, sol təpə payında travmatik subdural hematoma diaqnozları təyin edilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Baş vermis yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
46
6
azertag.az

7Sources